Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi… – YENİLƏNİB

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi... – YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski “1000-in 1000-ə” əsir mübadiləsinin başladığını təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, teleqram hesabında paylaşımında bildirib.

“Bu gün 390 nəfər azad edilib. Şənbə və bazar günləri isə mübadilənin davamını gözləyirik”, – Zelenski qeyd edib.

*** 17:44

Ukrayna ilə əsirlərin mübadiləsi barədə razılaşmalar çərçivəsində Rusiyaya 270 hərbçi və 120 mülki şəxs qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda onlar Belarus ərazisindədirlər.

Bundan əlavə, nazirlikdən bildirilib ki, cavab olaraq Rusiya Ukraynaya 270 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirini və 120 mülki şəxsi təhvil verib.

Qeyd edək ki, tərəflər arasında əsirlərin mübadiləsi ilə bağlı razılaşma İstanbulda keçirilən bu yaxınlardakı danışıqlar zamanı əldə olunub.