galatasaray

“Qalatasaray” Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Globalinfo.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub. Matç İstanbul təmsilçisinin 2-1 qələbəsi ilə başa çatıb.

“Sarı-qırmızılar”ın qollarını 16-cı dəqiqədə Viktor Nelsson və 38-ci dəqiqədə Dris Mertens vurub. Meydan sahiblərindən isə 67-ci dəqiqədə İvan Kavaleyru fərqlənib.

Qeyd edək ki, “Qalatasaray”ın 1/4 finaldakı rəqibi “Qaziantep” – “Konyaspor” cütünün qalibi olacaq.

Paylaş: