FotoJet 84 1

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Həmin avtomobillərin içərisində isə 26 erməni (onlardan 20-si uşaq idi) olub. Həmin şəxslər aksiyadan əvvəl Ermənistana idman yarışına gedibmiş. İndi isə Rusiya sülhməramlıları onları öz maşınları ilə aksiya ərazisindən maneəsiz keçərək Xankəndi istiqamətinə aparıblar.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 39 avtomobil maneəsiz hərəkət edib.

63c6ed7a1428b63c6ed7a1428c167398130563c6ed7a1428963c6ed7a1428a 63c6ed79ece1a63c6ed79ece1b167398130563c6ed79ece1763c6ed79ece19 63c6ed7a05c8363c6ed7a05c84167398130563c6ed7a05c8063c6ed7a05c81

d69f2091 7a06 375c aaa8 6957cf0132a9 1cd33cfa a3f3 327f 9fcf 36c6b2292386 1b9391c6 c3f6 3e02 8914 b16aa0cc630d

Paylaş: