birge teili

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO

Paylaş: