1741673686 seremetova 900x600 1

Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanında yüzlərlə sərnişin qalıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Ukraynanın dron hücumu səbəbindən Vnukovoda azı 13, Domodedovoda hava limanında isə 11 reys gecikib:

“Gözləmə yerində çoxlu sərnişin var, həmçinin uşaqlı olanlar da. Bəziləri gecə saatlarında uçmalı idi, lakin uçuşlar bir neçə dəfə təxirə salınıb”.

Qeyd edək ki, mayın 20-si gecə saatlarından etibarən Ukrayna Rusiyanın Moskva və digər vilayətlərinə PUA hücumu həyata keçirir.

Paylaş: