İran İsrail üçün ciddi təhlükə olaraq qalır.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında danışıb.
Baş nazirin sözlərinə görə, İsrail İranla bağlı məsələlərdə ABŞ-la daimi koordinasiya şəraitində fəaliyyət göstərir.
O, eyni zamanda, Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə və uranın zənginləşdirilməsinə yol verməyəcək bir razılaşmaya nail olacağına ümid etdiyini bildirib.
“Əgər bu cür bir razılaşma əldə olunarsa, biz bunu alqışlayacağıq”, – deyə Netanyahu əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az