682cddc76869c682cddc76869d1747770823682cddc76869a682cddc76869b

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova və bir neçə azyaşlı uşaq da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Paylaş: