abs russia usa

ABŞ vətəndaşı, erməniəsilli Andre Xaçatryan Amerika tərəfindən Rusiya ilə məhbus mübadiləsi üçün təqdim olunan siyahıya daxil edilməyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra məlumat verib.

O bildirib ki, prezidentlər “9-un 9-a” formatında mümkün məhbus mübadiləsi ilə bağlı razılığa gəlib.

Amerikalı məhbus Andre Xaçatryan bu siyahıya salınmayıb.

Qeyd edək ki, Andre Xaçatryan 2021-ci ilin dekabrında ABŞ-dan Ermənistana tranzit uçuş zamanı Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Onun baqajında patronlarla birlikdə “Glock 17” markalı tapança aşkar olunub. Xaçatryan 2023-cü ildə silah qaçaqmalçılığı ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş: