Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar mayın 20-də saat 10:11-də baş verib.

“Episentr zonasında zəlzələnin gücü 4 bal olub. Bu, Şirak rayonunun Bavra, Sarağyuq və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub”, – deyə əlavə edilib.

Paralel olaraq, Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi də məlumat yayıb.

“Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında qeydə alınıb. 3,4 maqnitudalı olub”, – bildirilib.

Əliyar Xəlil
Globalinfo.az