Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qazi Rəşad Poladov özəl tibb müəssisəsinə köçürülüb.
Globalinfo.az bildirir ki, Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, 17.05.2025-ci il tarixində saat 14:10 radələrində yol qəzasında xəsarət alan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.
Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 3:40 radələrində sözügedən şəxs Bakıya özəl tibb müəssisəsinə təxliyə olunub.
***13:36
Sumqayıtda maşın qazini vurub.
Globalinfo.az oxu.az- istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Rəşad Poladov hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.