ankara irevan scaled 1

Dünyaca məşhur İstanbul ermənisi olan fotojurnalist Ara Gülər haqqında film çəkiləcək. 

Globalinfo.az xəbər verir ki, fotojurnalistlə bağlı ekran işini Ermənistan və Türkiyənin birgə ərsəyə gətirəcəyi açıqlanıb.

Məlumata görə, layihə “Kara kedi Film” və “Luys” medianın ortaq işi olacaq. Ermənistanın “Anso Film” şirkəti və prodüserlər Ani Qalstyanla Ovannes Qalstyan çəkilişdə iştirak edəcəklər.

Filmin rejissoru Ela Alyamaç, ssenaristi isə Aren Perdecidir. Bu, Türkiyə ilə Ermənistan arasında ilk ortaq uzun metrajlı film istehsalı olacaq və Kann Film Festivalının “Marche du Film” bölməsində təqdim ediləcək.

Layihə həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi və TRT-nin “12 Punto” platforması tərəfindən də dəstəklənir. Ssenari inkişafı və arxivləşdirmə işi “Doğuş Holdinq”ə bağlı Ara Gülər ​​Arxiv və Araşdırma Mərkəzində aparılıb.

95545d0c448dc9bc2 5d0c448dc6c9e
Ara Gülər

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: