kocaryan sarkisyan masa

“2018-ci ildə ölkədə mitinqlər keçirildiyi zamanı o zamankı prezident Serj Sərkisyana zəng etdim”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O, Sərkisyanın telefon danışığı zamanı dediyi sözlərlə qərarlarının üst-üstə düşmədiyini bildirib:

“Aprel ayı idi, prezidentə zəng edib vəziyyətin necə olduğunu soruşdum. Ona bildirdim ki, mənə işlərin fərqli istiqamətdə irəlilədiyini və hökumətin prosesə nəzarəti itdiyini söyləyirlər. Lakin Sərkisyan təmkinli və sakit şəkildə hər şeyin qaydasında olduğunu, heç bir problemin olmadığını və nəzarəti əlində saxladığını dedi. Bir neçə gün sonra isə istefa verdi”.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda baş verən “Məxməri inqilab”dan sonra Nikol Paşinyan və komandası hakimiyyətə gəlib. Paşinyan inqilaba liderlik edən əsas simalardan olub.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: