682a280fc2edf682a280fc2ee01747593231682a280fc2edd682a280fc2ede

Misli Premyer Liqasında 2024-25-ci illər mövsümünün çempionu olan “Qarabağ” mükafatlandırılıb.

Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisi XXXV turun “Kəpəz”lə matçından (3:0) sonra “Azersun Arena”da mükafatlara layiq görülüb.

“Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və PFL-in Texiniki İdman Direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran “Qarabağ” növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

***

Azərbaycan Premyer Liqasında XXXV turun “Qarabağ” – “Kəpəz” oyunundan sonra mükafatlandırma mərasimi başlayıb.

Globalinfo.az xəbər verir ki, təntənəli tədbirdə “Qarabağ” qızıl medal və çempionluq kubokuna qovuşacaq.

Mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövşən Nəcəf qatılmayıb. Əvəzində icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov podiuma dəvət olunub.

Paylaş: