Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio Türkiyəyə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya arasında görüşlər keçiriləcək.
Burada Türkiyənin xarici işlər naziri Hakan Fidan, dövlət katibi Marko Rubionun başçılıq etdiyi ABŞ nümayəndə heyəti, müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti və prezident Vladimir Putinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti iştirak edəcək.
Əliyar Xəlil
Globalinfo.az