“Biz bu danışıqları 2022-ci ildə yarımçıq qalmış sülh prosesinin davamı kimi qiymətləndiririk”
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyədə olan Rusiya nümayəndə heyətinin rəhbəri Medinski deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti lazımi səlahiyyət və kompetensiyalara malikdir, həmçinin konstruktiv yanaşma və münaqişənin həlli yollarını tapmaq niyyəti ilə çıxış edir.
“Birbaşa danışıqların əsas məqsədi – gec-tez uzunmüddətli sülhün bərqərar olunmasına nail olmaq və münaqişənin əsas səbəblərini aradan qaldırmaqdır”, – deyə Medinski vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az