“Rusiya ilə Ukrayna arasındakı münaqişə hərbi yolla həll edilə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.
“Bu müharibə yalınız diplomatik yolla bitəcək. Biz münaqişəyə son qoymaq üçün nə lazımdırsa, etməyə hazırıq”.
Qeyd edək ki, bu gün Türkiyədə Rusiya-Ukrayna danışıqları baş tutacaq.
Əliyar Xəlil
Globalinfo.az