Babəkə güclü dolu yağır – VİDEO

Babəkə güclü dolu yağır - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, mayın 14-də muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb.

Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində isə güclü dolu müşahidə olunub.

Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.