Gəncədə müayinə üçün xəstəxanaya gələn 4 uşaq anası orada ölüb.
Globalinfo.az-ın məlumatına görə, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada baş verib.
1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçərkən həyatını itirib.
R.Bayramova qan təzyiqi ilə bağlı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib. Müayinə edilərkən qadının təzyiqi qəfil yüksəlib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın müayinə otağında dünyasını dəyişib.














