63c59939b30bd63c59939b30be167389420163c59939b30bb63c59939b30bc

Astara sərhəd-keçid məntəqəsində İran yük maşınlarının sərhəddən keçməsində gecikmələr yaranıb, bu da sərhəddə uzun növbəyə səbəb olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Avtomobil Nəqliyyatı Təşkilatının Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.

Onun sözlərinə görə, problemə Azərbaycanda Yeni il tətili səbəb olub: “Problemin yaxın bir həftə ərzində aradan qaldırılacağı bildirilib”.

Qeyd edək ki, bəzi yük maşınları bir həftədir İran Astarasında sərhədi keçmək üçün növbə gözləyir.

Paylaş: