itkin oglan 65

Ucar sakini itkin düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən il dekabr ayının 24-də Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri Ucar Rayon Polis Şöbəsinə müraciət edərək sonuncunun bir gün əvvəl itkin düşməsi barədə məlumat veriblər.

S.Vahidovun əlamətləri belədir: boyu 175 sm, qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşludur.

Şəkildəki şəxsi tanıyanlardan DİN-in “102” xidmətinə və ya Ucar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

FotoJet 2023 01 16T164238.305

Paylaş: