Polis Akademiyasının kursantı vəfat etdi

Polis Akademiyasının kursantı vəfat etdi

Polis Akademiyasının kursantı xəstəlikdən ölüb.

Globalinfo.az bildirir ki, akademiyada əyani fakültənin 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.

Allah rəhmət eləsin!