İsrail tarixinin ən məşhur casusu üçün hərəkətə keçdi – FOTO

İsrail tarixinin ən məşhur casusu üçün hərəkətə keçdi - FOTO

Suriya hökuməti əvvəlki illərdə burada həlak olan İsrail ordusunun əsgərlərinin cəsədlərini Təl-Əvivə təhvil verilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Ümumilikdə 5 cəsədin İsrailə təhvil verildiyi açıqlanıb. Məlumata görə, onlardan biri 1982-ci ildə Suriya müharibəsində həlak olan məşhur döyüşçü Tzvi Feldmandır. Onun cəsədinin saxlanıldığı yeri cəmi 5 nəfərin bildiyi və çətinliklə tapılaraq çıxarıldığı açıqlanıb.

KİV yazır ki, İsrail əsasən MOSSAD-ın məşhur casusu Eli Kohenin cəsədinin təhvil verilməsi üçün Suriya ilə müzakirələrə başlayıb. Hətta ölkəyə qaytarılan 5 cəsədin arasında onun olub-olmamasının aydınlaşdırılması üçün yoxlama aparılıb.

Qeyd edək ki, Eli Kohen MOSSAD tarixinin ən məşhur casuslarından hesab olunur. O, Suriyadakı fəaliyyəti müddətində ifşa olunaraq 1965-ci il mayın 18-də Dəməşqdə Marja meydanında insanların gözü qarşısında edam edilib. Onun həyatı və fəaliyyətindən bəhs edən 2019-cu il istehsalı “The Spy” (Casus) mini serialı ərsəyə gətirilib.

İsrail tarixinin ən məşhur casusu üçün hərəkətə keçdi - FOTO
Eli Cohen

Ayşən Mustafa
Globalinfo.az