tramppp

Qətər rəsmilərinin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollarlıq “Boeing 747-8” təyyarəsi hədiyyə edəcəyi iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ hazırda nəzərdən keçirilir və yekun qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, bundan əvvəl “ABC” telekanalı Trampın administrasiyasının Qətər kral ailəsindən hədiyyə olaraq “Boeing 747-8” təyyarəsi almağa hazırlaşdığını açıqlamışdı.

Telekanalın məlumatına görə, Qətər gələn həftə təyyarəni təhvil verə bilər.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: