meyit 1

Ağdam rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayonunda yerləşən Dördyol-1 qəsəbəsi 614-ün həyətində 1953-cü il təvəllüdlü Şahnaz Qayıb qızı Həsənova üstünə benzin tökərək özünə od vurub.

Hadisə yanvarın 16-da səhər saat 6 radələrində baş verib və qadının yaxınlığında kimsə olmadığından ona köməyə çatan olmayıb. O, yanaraq vəfat edib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Malik
Globalinfo.az

Paylaş: