Hazırda Moskvada Qırmızı meydanda 9 May – Faşizm üzərində Qələbə Gününün 80 illiyi münasibətilə keçirilən hərbi paradda Rusiya ordusu ilə yanaşı postsovet ölkələrinin hərbçiləri də iştirak edirlər.
Globalinfo.az xəbər verir ki, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistan hərbçiləri paradda iştirak edirlər.
Həmçinin Çin Xalq Respublikası, Vyetnam, Monqolustan və Laos kimi ölkələrin də hərbçiləri liderlərinin iştirak etdiyi tədbirdə parada qatılıblar. Bununla yanaşı Misir Ərəb Respublikasının hərbi polisi də Qırmızı meydandan keçib.
Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan və İkinci Dünya müharibəsində iştirak etmiş ermənilərin paradı şəxsən izləməsinə rəğmən, erməni hərbçilərin tədbirə qatılmaması diqqət çəkib. Onların keçiddə iştirak etməyəcəyi bir müddət öncə mətbuata açıqlansa da, hansı səbəbdən belə qərar verildiyinə aydınlıq gətirilməyib.
Hətta məlumata görə, paradı izləyən ermənilər ölkələrindən hərbi kontingentin göndərilməməsinə görə qəzəbləniblər. Ermənistan KİV yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etməsə belə, azərbaycanlı hərbçilər ölkənin qələbədəki roluna görə hərbi keçidə qatılıblar. Lakin Paşinyan meydanda olduğu halda, bir erməni əsgər belə orada yoxdur.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbçisi paradda iştirak edib.
View this post on Instagram
Ayşən Mustafa
Globalinfo.az