“Rusiya Ermənistana əməkdaşlıq etdiyi qardaş ölkə və müttəfiq kimi baxmaqda davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Gələcəkdə, o cümlədən Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi inteqrasiya prosesi kontekstində münasibətləri qurmağa və dərinləşdirməyə hazırıq. Rusiyanın bu mövqeyi hamıya məlumdur və müxtəlif səviyyələrdə dəfələrlə bəyan edilib”, – deyə o bildirib.
Səfir qeyd edib ki, iki ölkə arasında münasibətləri reallığa uyğunlaşdırmaq lazımdır:
“Hər iki tərəfdə siyasi iradə və maraqlarına qarşılıqlı hörmətlə irəliləmək istəyi var”.
Əliyar Xəlil
Globalinfo.az