Bayraktardan sonra onu hədəf aldılar: yenə eyni üsulla… – FOTO

Bayraktardan sonra onu hədəf aldılar: yenə eyni üsulla... - FOTO

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarın üz və səsindən istifadə edən süni intellekt fırıldaqçıları bu dəfə “Sabancı” Holdinq İdarə Heyətinin keçmiş sədri Gülər ​​Sabancını hədəf alıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Son vaxtlar şəxsi məlumatlarım (ad, soyad, şəkil, video görüntülər və sair) və “Sabancı” Holdinqin rəsmi brend və loqosu icazəsiz istifadə olunur. Paralel olaraq, süni intellekt və bu kimi texnologiyalar vasitəsilə saxta video və məzmunlar hazırlanır. Onlar sosial media platformalarında saxtakarlıq etmək məqsədi ilə “investisiya məsləhəti”, “xüsusi fürsət”, “təklif” kimi aldadıcı başlıqlarla paylaşılır. Bu cür yalnış və saxta məzmuna inanmayın və yalnız mənim təsdiqlənmiş rəsmi hesablarımdakı məlumatlara diqqət edin. Hazırda hüquqi proseslər başlanılıb və qətiyyətlə davam etdiriləcək”, – deyə Sabancı qeyd edib.

Bayraktardan sonra onu hədəf aldılar: yenə eyni üsulla... - FOTO

Günay Rəsulqızı
Globalinfo.az