Kadırov Putinin qəbulunda: “İstefamla bağlı dedi ki…”

Kadırov Putinin qəbulunda: "İstefamla bağlı dedi ki..."

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

“Prezidentimizlə görüşümüz məhsuldar keçdi. Vladimir Putin istefamla bağlı şayiələri şərh edərkən Mark Tvenin məşhur ifadəsinə istinad etdi – “Mənim ölümümlə bağlı şayiələr çox şişirdilir”. Dövlət başçısı qarşıda hələ çox işin olduğunu dedi”, – deyə Kadırov əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Putin Kadırovun mümkün istefası ilə bağlı şayiələri təkzib etmişdi.

Günay Rəsulqızı
Globalinfo.az