putin 3

Çin Xalq Respublikasının sədri Si Cinpin Kremlə gəlib.

Gobalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, o, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq:

“Liderlər birgə bəyanatlar verəcək, mətbuat nümayəndələri qarşısında çıxış edəcəklər. Onların çay süfrəsi arxasında qeyri-rəsmi söhbətləri də gözlənilir”.

Qeyd edək ki, Çin sədri faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: