owl detail 620 e5df8e341cfc1121cf2b7855c90631c5

ABŞ Prezidenti Donald Tramp 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü kimi elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında dərc olunan proklamasiyada yer alıb.

“ABŞ Konstitusiyası və qanunlarının mənə verdiyi səlahiyyətlərə əsaslanaraq, 8 may 2025-ci il tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü kimi qeyd edirəm”, – deyə Trampın bəyanatında bildirilir.

Qeyd edək ki, Tramp daha əvvəl sosial şəbəkələrdə yayımladığı paylaşımda 8 mayın İkinci Dünya Müharibəsində, 11 noyabrın isə Birinci Dünya Müharibəsində Qələbə Günü elan ediləcəyini bildirmişdi.

Ağ Evin rəhbəri vurğulayıb ki, ABŞ-ın müttəfiqləri 8 mayı Qələbə Günü kimi qeyd etsələr də, əslində qələbənin əldə olunmasında ABŞ-ın digər ölkələrdən daha böyük rol oynadığını düşünür.

Qeyd edək ki, məsələyə münasibət bildirən Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Trampın ABŞ-ın İkinci Dünya Müharibəsindəki rolunu şişirtdiyini bildirib.

photo 2025 05 07 21 10 10

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: