Carlz

Kral ailəsinin pərəstişkarları yəqin ki, artıq fərqinə varıblar: Kral III Çarlzın parlaq qalstuklara xüsusi sevgisi var. Monarx illərdir ki, geyimlərini bu aksesuarla tamamlayır və kral protokolunun sərt və darıxdırıcı qaydalarına baxmayaraq, görünüşünə şənlik və fərdilik qatır.

Amma heç düşündünüzmü ki, belə bir aksesuar nə qədər dəyərlidir? 

Globalinfo.az bildirir ki, Lent.az xarici mediaya istinadla Böyük Britaniya kralının hansı markaları seçdiyini və qalstuklarının nə qədər başa gəldiyini təqdim edir.

Thalassa Collection brendinin qalstukları 90 avroya satılır. Bu qalstuklar ipəkdən hazırlanıb. Kral Çarlzın bu markadan çoxlu qalstuku var, lakin o, ən çox bu modellərə üstünlük verir.

4f9e34e36cf9fa8c65578af8020051a7 1746519577

O, həmçinin Fox & Chave markasını da çox sevir. Bu brendin bir modeli təxminən 47 avro dəyərindədir.

2a5c75465d2acf431992bfd4915f1d25 1746519594

Kral tez-tez zebra naxışlı qalstukda görünür – bu dizayn təbiətşünas rəssam Ustad Mansurun tablosundan ilhamla hazırlanıb.

71c0ce7d4f963d5fdcd3a5b57c9c67e2 1746519619

Paylaş: