“Latın Amerikasında Rusiya və Çinin müttəfiqləri bloku yaradılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O bu məsələni artıq Braziliya, Argentina və Kolumbiya prezidentləri ilə müzakirə etdiyini söyləyib:
“Latın Amerikası və Karib hövzəsinin səylərinin birləşdirilməsi və güclü siyasi, iqtisadi qüvvənin yaradılması zamanı yaxınlaşır. Bu, Çin və Rusiya ilə birgə yeni güc mərkəzi ola bilər. Bu birlik böyük qardaşımız Si Szinpinin dediyi insanlıq, ümumi taleyin birləşdirilməsi kimi hədəfləri bölüşə bilər”.