Bu gün Əbu-Dabidən Moskvaya uçan sərnişin təyyarəsi “Şeremetyovo” hava limanında təcili eniş edib.
Globalinfo.az xəbər verir ki, Airbus A321 təyyarəsi təzyiq sistemindəki nasazlıq səbəbindən uçuşunu dayandırıb.
Bildirir ki, eniş tamamilə normal rejimdə həyata keçirilib. Hadisə nəticəsində nə sərnişinlərə, nə də ekipaja hər hansı zərər dəyib. Təyyarədə olan bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub.
Hadisənin səbəbləri araşdırılır.
Əliyar Xəlil