İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda varmı?

İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda varmı?

İsrailin Ben-Qurion hava limanı husilər tərəfindən hipersəsli ballistik raketlərlə hədəfə alınıb. Raket zərbələri nəticəsində hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər dayandırılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı “Yerusəlim Post” nəşri yayıb.

Qeyd olunub ki, son hadisələrlə əlaqədar bir neçə beynəlxalq aviaşirkət İsrailə uçuşları 7 may tarixinədək dayandırıb.

Uçuşları dayandıran aviaşirkətlər arasında Azərbaycan Hava Yolları (AZAL) da yer alır.