WhatsApp Image 2025 05 05 at 15

(Foto şərtidir)

Son vaxtlar Azərbaycanda boşananların sayında ciddi artım müşahidə olunur. Onların arasında təkcə gənclər deyil, 50-60 yaşdan yuxarı şəxslər də var. Bu isə ictimaiyyətdə narahatlıq yaradır.

20-30 ildən çoxdur, evliliyini qoruyan insanlar niyə boşanır?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, bu məsələ cəmiyyətdə xroniki sosial anemiya halını alıb.

Ətraflı videoda:

uzeyir

Üzeyir Şəfiyev

Sosioloq bildirib ki, Avropa ölkələrində, əsasən İngiltərədə 50 yaşdan sonra verilən ayrılma qərarını “boz boşanma” adlandırırlar:

“Ölkəmizdə statistikaya görə, evliliyin ilk 5 ilində boşanma baş verirdi. Lakin bu gün Azərbaycanda 4 mindən çox “boz boşanma” mövcuddur. Əvvəllər kiminsə təzyiqi, təklifi ilə ailə həyatı qururdular və cəmiyyətin qınağı ilə boğulsalar da, münaqişəli həyat sürsələr də ayrılmırdılar. Boşanmaların artma səbəblərindən biri saxta hallarla bağlıdır. Məsələn, bəziləri xaricdə vətəndaşlıq almaq üçün boşanır, əcnəbi ilə ailə qururlar. Yaxud məcburi köçkün statusununa qayıtmaq və ya sosial yardım üçün rəsmi qaydada ayrılırlar. Real hadisələrin səbəbi isə əsasən məişət zorakılığı, maddi vəziyyət, xəyanət, xarakter uyğunsuzluğu ilə əlaqəlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: