db6f5e2e 7b1a 3578 a8ef 77503ad0f261 850

“Bavariya” Almaniya çempionatının 2024/2025 mövsümünün vaxtından əvvəl çempionu olub.

Globalinfo.az xəbər verir ki, ikinci pillədəki “Bayer Leverkuzen” çempionatın 32-ci turunda səfərdə “Frayburq”la 2:2 hesabı ilə heç-heçə edib və turnir cədvəlində “Bavariya”nı keçmək şansını itirib.

Bununla da “Bavariya” Almaniya çempionatını 34-cü dəfə qazanıb. İngilis ulduz Herri Keyn isə karyerasında ilk dəfə kubok qazanaraq, məşhur “lənət”i qırıb.

Paylaş: