Soçi hava limanında “Azimut” aviaşirkətinə məxsus təyyarə dovşanı vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, “Superjet-100” təyyarəsi İsrailin Təl-Əviv şəhərindən uçub:
“Təyyarə yerə endikdən bir neçə saniyə sonra qəflətən uçuş-enmə zolağına çıxan dovşanla toqquşub. Bundan sonra təyyarə dayanacağa yollanıb. Hadisə nəticəsində təyyarəyə dəyən ziyan barədə məlumat yoxdur”.
Xatırladaq ki, may ayının əvvəlində Orenburqdan uçan “Rossiya” sərnişin təyyarəsi Sankt-Peterburqa enərkən uçuş-enmə zolağında tülkü ilə toqquşduğuna dair xəbərlər dərc olunub.
Safura Bənnayeva
Globalinfo.az