Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bu hücumu Qəzzada baş verən hadisələrə cavab olaraq həyata keçirdiklərini bildiriblər.
İsrail müdafiə naziri İsrael Katz hadisəyə sərt cavab veriləcəyini və İsrailə zərər vuranlara yeddiqat zərbə endiriləcəyini bəyan edib.
Bu hücum İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməyi planlaşdırdığı bir vaxtda baş verib və bölgədəki gərginliyi daha da artırıb.
***11:58
2025-ci il mayın 4-ü səhər saatlarında Təl-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanı ərazisinə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan ballistik raket düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin hava hücumundan müdafiə qüvvələri raketi zərərsizləşdirməyə çalışsa da, qalıqları hava limanının 3-cü terminalının yaxınlığına düşüb.
Hadisə nəticəsində hava limanının uçuş və enişləri müvəqqəti olaraq dayandırılıb, lakin daha sonra normal fəaliyyət bərpa edilib. Raket hücumu zamanı hava limanının yaxınlığında yerləşən əraziyə ziyan dəyib və bir neçə nəfər yüngül xəsarət alıb.
Safura Bənnayeva
Globalinfo.az