qeza5 620x403 1

Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı 5 nəfər – 1996-ci il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: