Mayın 3-də Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməciliyi aksiyası təşkil olundu.

Globalinfo.az bildirir ki, səhər saatlarından başlanan iməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirib.

İməcilikdə prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Həmçinin rayon sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.

Əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparılıb, yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

miyozot çiçeği ve çim görseli olabilir2 kişi ve Lewisia görseli olabilir6 kişi görseli olabilirçim görseli olabilir5 kişi görseli olabilir5 kişi, çim, ağaç, sokak ve yol görseli olabilir5 kişi ve çim görseli olabilirçim görseli olabilirçim görseli olabilir6 kişi, scooter, kaykay, segway, yol, sokak ve yazı görseli olabiliranıt ve çim görseli olabilir6 kişi, yol ve ağaç görseli olabilir

Paylaş: