323119011 1335068220640171 1090557297119293090 n

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 29 nəfərə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır. V.Rezniçenko 40-dan çox sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.

Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini qeyd edib.

***14:58

Dnepr şəhərində çoxmərtəbəli binanın vurulması nəticəsində 20 nəfərin həlak olduğu bildirilib.

***

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binanın vurulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

Bundan başqa, 73 nəfərin yaralandığı bildirilib.

***

Dneprdə yaşayış binasına dəyən raket zərbəsi nəticəsində biri azyaşlı olmaqla 9 nəfər həlak olub.

Bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Valentina Rezniçenko “Telegram”da məlumat yayıb.

Məlumata görə, indiyədək hücumda 64 nəfərin yaralandığı məlumdur.

Onlardan 59 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.

***

Çoxmənzilli yaşayış binasına raket zərbəsi nəticəsində yaralananların sayı 60 nəfərə çatıb, onlardan 12-i uşaqdır.

Xilasetmək əməliyyatı davam etdirilir.

***

Dnepr şəhərində irimiqyaslı hücum nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb.

Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.

Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.

***

Yanvarın 14-də günortadan sonra Dneprdə Rusiya tərəfindən genişmiqyaslı raket hücumu zamanı yaşayış binasına zərbə endirilib.

Globalinfo.az xəbər verir ki, vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko “Telegram” kanalında raket zərbəsi nəticəsində azı beş nəfərin həlak olduğunu bildirib:

“Bu gün qeyri-iş günü olduğundan bina sakinlərinin çoxu evində olub. Sakinlər dağıntılar altında qalıb. Azı beş nəfər həlak olub. Hazırda ən azı 27 mülki şəxsin xəsarət aldığı məlumdur. Onların arasında altı uşaq da var. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Xilasetmə əməliyyatı davam edir”.

Paylaş: