b49a5d99c96598cce565cb78575b16c2a17d779a

ABŞ Dövlət Departamenti Ukrayna üçün F-16 təyyarələrinin xidmət göstərilməsi məqsədilə 310,5 milyon dollar dəyərində müqaviləni təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu addım Ukraynanın müharibə zamanı müdafiə qabiliyyətini artırmaq məqsədini güdür.

Müqavilə çərçivəsində F-16 təyyarələrinin texniki xidməti və ehtiyat hissələrinin təmin edilməsi nəzərdə tutulur. Pentaqon bu razılaşmanın ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyin bir hissəsi olduğunu bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: