Gədəbəyin Miskinli kəndində 49 yaşlı qadın bıçaqlanıb.
Globalinfo.az xəbər verir ki, 1976-cı il təvəllüdlü N. Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, qadının bıçaqlanması faktı ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Yekunda məsələyə hüquqi qiymət veriləcək. Hadisə ilə bağlı qarşı tərəf — N.Quliyev və G.Quliyevdən izahatlar alınıb. İlkin məlumata əsasən, hadisə ailə münaqişəsi zəminində baş verib”.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.














