photo 2025 05 01 22 24 53

ABŞ Ukraynaya işləməyən F-16 qırıcıları göndərir.

Globalinfo.az xəbər verir ki, bu barədə “War Zone” portalı məlumat yayıb.

Məlumata görə, bu qırıcılar ABŞ-ın hava qüvvələri təyyarələrinin tullantı sahəsində saxlanılıb, qırıcıların mühərriki və radarı kimi kritik komponentləri yoxdur və operativ istifadə üçün bərpa edilmələri mümkünsüzdür.

Sosial şəbəkələrdə yayılan fotoşəkillərdə bir neçə F-16-nın mühərriksiz və digər hissələrsiz şəkildə Tüsonda, Arizona ştatında yerləşən hava limanında An-124 hərbi yük təyyarəsinə yüklənərkən görüntülənib.

photo 2025 05 01 22 24 46

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: