Screenshot 2025 05 01 193744

ABŞ hələ də İranla növbəti nüvə danışıqlarına qatılacağını təsdiqləməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqların növbəti – dördüncü raundunun keçiriləcəyi vaxt və məkan hələ müəyyənləşdirilməyib. Buna baxmayaraq, yaxın vaxtlarda bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Xatırladaq ki, daha əvvəl görüşün logistik səbəblərdən dolayı təxirə salınması barədə xəbər vermişdik.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: