Screenshot 2025 04 30 231626

Husilər İsrailə pilotsuz uçuş aparatları ilə hücum ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Sariə “Al Masirah” telekanalına verdiyi açıqlamada qeyd edib.

Onun sözlərinə görə, Yəmən ordusu iki mərhələli əməliyyat həyata keçirib. Onlar Təl-Əvivin Yaffa bölgəsində yerləşən vacib hərbi obyektləri üç dronla, Aşkelondakı strateji obyektləri isə bir dronla hədəfə alıb.

Yəhya Sariə bu hücumları İsrailin bölgədəki hərbi fəaliyyətlərinə cavab olaraq qiymətləndirib. Hücumun detalları və nəticələri barədə hələlik İsrail tərəfindən rəsmi açıqlama verilməyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: