Katolik dini liderləri yeni Roma Papasının seçilməsi üçün gizli konklav iclası keçirəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşr yazır ki, iclasın mayın 7-də keçirilməsi nəzərdə tutulub. “Reuters”in adı açıqlanmayan mənbəsinin məlumatına görə, aprelin 26-da Papa Fransiskin dəfn mərasimindən sonra Vatikanda kardinalların qapalı görüşü baş tutub.
Məlumata əsasən, yaşı 80-dən az olan 135 kardinal papa seçimində iştirak edərək.
Qeyd edək ki, 2005 və 2013-cü illərdə baş tutan konklavlar cəmi iki gün çəkib.
Ayşən Mustafa
Globalinfo.az