qeza

Samuxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, hadisə iki VAZ markalı avtomobilin toqquşması nəticəsində baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyevadır.

Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Paylaş: