2023 01 13 19 04 43mXKpFr0T7c6T8NjjM244 file

Aysel Soltanova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin yeni müşaviri vəzifəsinə təyin olunub.

Globalinfo.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı müvafiq əmr imzalayıb.
dd7b3b51 14e5 4489 b94e f65722e894df
Qeyd edək ki, A.Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb. O, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb. 2014-2020-ci illərdə “Azərkosmos” ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib. 2021-ci ildən isə “Aztelekom” MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.

Paylaş: