fireman fire fighting evacuation fire drill simulation training safety condominium factory scaled

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² (hər mərtəbəsi 45 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin, dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət dam örtüyü 2 m² sahədə yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş: